Bağla
Çinar Nəşriyyatı
Çinar Nəşriyyatı
Adətən bir saat ərzində cavab verir
Salam 👋
Sizə necə kömək edə bilərik?
09:45
+994774045828
×
Sualınız var?
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə "İbtidai Sinif Müəllimlərinin 2-ci Gəncə Forumu"

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə "İbtidai Sinif Müəllimlərinin 2-ci Gəncə Forumu"

  • Əlavə edilib: 2025-04-25
  • Baxış: 55

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə "İbtidai Sinif Müəllimlərinin 2-ci Gəncə Forumu" keçiriləcək.

Forum, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, “Çinar Yayımları” nəşriyyatının rəsmi təşkilatçılığı ilə baş tutacaq.

Forumun mövzusu: “Təhsil – inkişafın açarı, suverenliyin təminatçısıdır.”

Forumda ölkənin müxtəlif bölgələrindən dəvət olunan ibtidai sinif müəllimləri, təhsil və pedaqoji ictimaiyyətin nümayəndələri iştirak edəcək.

Forum çərçivəsində aşağıdakı əsas istiqamətlər üzrə müzakirələr aparılacaq:
    •    Təhsilin milli inkişaf strategiyasındakı rolu və perspektivləri
    •    Müasir tədris metodikalarının tətbiqi və səmərəliliyi
    •    Milli-mənəvi dəyərlərin məktəb mühitində təbliği
    •    İbtidai sinif müəllimlərinin cəmiyyət üçün daşıdığı məsuliyyət və peşəkar mövqeyi

Forum həmçinin müəllimlər arasında təcrübə mübadiləsini təşviq etmək, pedaqoji əməkdaşlığı gücləndirmək və təhsilin keyfiyyətinə dair aktual məsələlərin müzakirəsi üçün mühüm platforma olacaq.

#İSMF Gəncə forumunun rəsmi çap tərəfdaşı:
Max Ofset Mətbəəsi

♦️*Forumun keçiriləcəyi yer:* 
Gəncə Dövlət Filarmoniyası
♦️*Forumun müddəti:* 14:30-16:30
♦️*Forumda iştirak ödənişsizdir.*

✅Qeydiyyat üçün: 055-224-56-26 nömrəsinə zəng edərək (və ya votsapa yazaraq) qeydiyyatdan keçə bilərsiniz.

#adpu #çinaryayımları #GəncəForum #kitabmaarifi̇ctimaibirliyi   #maxofset

  • Təqlər: #adpu #çinaryayımları #GəncəForum #kitabmaarifi̇ctimaibirliyi   #maxofset