Bağla
Çinar Nəşriyyatı
Çinar Nəşriyyatı
Adətən bir saat ərzində cavab verir
Salam 👋
Sizə necə kömək edə bilərik?
11:08
+994774045828
×
Sualınız var?

Haqqımızda

Azərbaycanda fəaliyyət göstərən özəl nəşriyyat şirkəti "ÇİNAR YAYIMLARI" sizə təqdim edilən bütün məhsullarda yenilikləri və texnologiya cəhətdən uyğun proqramları tətbiq və inkişaf etdirir. "Çinar Yayımları" təhsilə açılan bir pəncərə, yeni bir nəfəs, yeni bir yol olmaqla, nəşrləri ilə Azərbaycanda müəllim və şagird mərkəzli çalışan nadir nəşriyyatlardan biridir.

Missiyamız:

İnnovasiyaları təqib edərək, araşdıraraq və çox çalışaraq keyfiyyəti
əsas prinsip alaraq hər yaşdan olan şagirdin məqsədinə nail olması
üçün yorulmadan çalışırıq. Çünki bizim üçün hər kəsin
müvəffəqiyyəti və xoşbəxtliyi çox vacibdir.


Dəyərlərimiz:

Etibarlılıq – Biz öz əməkdaşlarımız və tərəfdaşlarımızla işimizi
etibarlı əməkdaşlıq, qarşılıqlı inam və hörmətə əsaslanan münasibətlər
üzərində qururuq.

Mükəmməllik və innovasiya – “Çinar Yayımları”, təcrübəli və bu

sahədə mütəxəssis təhsil işçiləri tərəfindən hazırlanan ibtidai sinif,
uşaq ədəbiyyatı, məktəbəqədər təhsil kitabları ilə birlikdə, fərdi və
mədəni inkişafı dəstəkləyən nəşrləri də özündə ehtiva edir. Biz bütün
layihələrimizdə mükəmməlliyi hədəf götürür və texnologiyaların
tətbiqində daim müasir və innovativ üsullardan istifadə edirik.


Komanda işi – Biz hər bir əməkdaşımızın və tərəfdaşımızın bacarıq
və gücünə inanaraq, ümumi missiyamız uğrunda səylərimizi
birləşdiririk.